About us.

Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.

Contact us.

İnteryer Dizayn

 

İnteryer dizayn hər hansı bir məkanın daxili dizaynının hazırlanması prosesidir. Məkanların səmərəli və zərif istifadəsi üçün daxili dizayn, yaşayış, estetik və texniki həllər ilə uğurlu bir iş ortaya qoyula bilir.

İnteryer Dizayn Amerika Birləşmiş Ştatları Ştatlarında 20-ci əsrin əvvəlində həm sektor, həm də təhsil sahəsini inkişaf etdirməyə başladı. Dünyaya yayılan bu peşə, təsviri sənət, bəzək sənəti və memarlığının təbii inkişafına yönəlmiş xüsusi bir sahə olaraq ixtisaslaşaraq qurulmuş və inkişaf etdirilmişdir.

 

İnteryer Dizaynın əhəmiyyəti yenilənən dünyamızda gün keçdikcə daha da artmağa başlayır. İnsanlar artıq dizaynerlərin yaradıcı fikirlərindən yararlanmağa və tətbiq etməyə çalışırlar. Ev, ofis kimi bütün məkanların estetik formada inşası üçün peşəkarların dəstəyi labüd hala gəlmişdir. Yaşayış məkanlarını, ofisləri, binaları və s. bəzəyərkən, məkanın quruluşundan çox həmin məkanı estetik elementlərlə təchiz etmək interyer dizaynerlərin işidir. İstifadə ehtiyacları nəzərə alınaraq şəxsi zövq və istəklərə, ehtiyaclara uyğun tətbiq ediləcək üsluba uyğun olaraq iş təhvil verilir. Hərtərəfli bir tənzimləmə üçün peşəkar dəstək alındığı  zaman işin nəticəsi daha zövqlü, cəlbedici və estetik olur.

 

İnteryer dizaynerlərin vəzifə öhdəlikləri nədir?

Estetik yaradıcılığı olan və mövcud məkandan ən yaxşı şəkildə istifadə edən, daxili məkanları dizayn etmək vəzifəsini öz üzərinə götürən interyer dizaynerin vəzifələri aşağıdakılardır:

- Müştərinin məqsədlərinin və layihə tələblərinin müəyyənləşdirilməsi,

- Yerin necə istifadə ediləcəyini planlaşdırmaq,

- Elektrik sxemləri daxil olmaqla ilkin dizayn planlarının tərtib edilməsi,

- İşıqlandırma, divar örtüyü, döşəmə və santexnika qurğuları kimi materialların göstərilməsi,

- Kompüter dəstəkli dizayn proqramlarından və əl rəsm bacarıqlarından istifadə edərək layihələr təqdim etmək üçün eskizlər, rəsmlər və döşəmə planları hazırlamaq,

- İnteryer dizayn layihəsi üçün bir vaxt planlaması yaratmaq,

- Materiallar və işlənmə daxil olmaqla layihə büdcəsinin müəyyənləşdirilməsi,

- Yerində müşahidələr aparmaq və davam edən dizayn layihələrini asanlaşdırmaq üçün təkliflər vermək,

- Layihədən sonra müştərinin razı qalmasını təmin etmək üçün müştəri ilə əlaqə qurmaq,

- Memarlar,rəssamlar və inşaat mühəndisləri daxil olmaqla müxtəlif həmkarları ilə əməkdaşlıq etmək,

- Sektor yeniliklərini yaxından izləmək.

 

İnteryer Dizaynerdə olması lazım olan xüsusiyyətlər nələrdir?

- Estetik baxımdan xoş və gözəl görünən dizaynlar yaradıb inkişaf etdirə bilən, estetik bir duyğuya sahib olmaq,

- Detal yönümlü olmaq,

- Müştərilərlə səmimi ünsiyyət qurmaq,

- Problem həll etmə qabiliyyətinə sahib olmaq,

- Yaradıcılıq və vizual şüurlu olmaq,

- Layihə idarəetmə bacarıqlarına sahib olmaq,

- AutoCAD, SketchUp, 3D Max, Illustrator və ya digər dizayn proqramlarında təcrübəli olmaq.

 

Bütün bu xüsusiyyətələri və bacarıqları qazanmaq üçün lazım olan bütün nəzəri və praktiki bilikləri almaq vacibdir. 3 ildir fəaliyyət göstərən Baku Design Center lazım olan bütün bu bilikləri verə bilmə qabiliyyətinə sahibdir. Səmimi kollektiv ilə siz bütün tədris boyu əylənə-əylənə öyrənəcəksiniz.

 

İnteryer dizayn dərsləri daxilində tədris etdiyimiz proqramlar:

  •  AutoCAD;
  •  3ds Max;
  •  Corona;
  •  Adobe Photoshop.

 

Bizdən əldə edəcəkləriniz:

  •  Şəxsi portfolio;
  •  Sertifikat;
  •  Partnyor şirkətimizdə təcrübə qazanmaq imkanı.