About us.

Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.

Contact us.

Moda dizaynı

Moda dizayneri olaraq tanınmaq və bu sahənin peşəkarına çevrilmək istəyən şəxsləri dərslərimizdə iştirak etməyə dəvət edirik!

Peşəkar bir modelyer olmaq üçün yaradıcılıq, eskiz texnikası, rəng və parça biliyi, naxış, qəlb, moda tarixini bilmək, trnedləri izləmək tələb olunur.

Mərkəzimizdə təşkil olunan Moda dizaynı kursunun məqsədi peşəkar bir moda dizayneri olmaq üçün bütün lazımi bilik və bacarıqlara sahib dizaynerlər yetişdirməkdir.

Hədəfimiz, sənət anlayışlarını və prinsiplərini bilərək öz kolleksiyalarını hazırlayan, sektorun tələb etdiyi özəlliklərə sahib və gələcəyin dizaynlarını yaradan moda dizaynerlərini yetişdirməkdir.


Dərs proqramımıza daxildir:
▪️Moda eskizi

Müxtəlif üsulda eskizlər. Üz detallarının işlənməsi. Eskiz üzərində geyim dizaynı. Modelin fərqli duruşu və hərəkətləndirilməsi. Kolleksiyanın yaradılması. Aksesuarlara forma, dizaynın verilməsi və detalların işlənməsi.

▪️Tikiş və biçim
İstənilən geyim formasının ülgüsünün çıxarılması. Parçalarla tanışlıq. Konstruksiyanın qurulması. Sadə geyimlərin biçimi və tikilməsi. Ziyafət, gəlinlik, üst geyimlərinin biçimi və tikilməsi.

▪️Stilistika
Moda təqvimi və stil tarixi. Trend nədir və necə yaranmışdır. Kollajların yığılması. Bədən formanı tanı, dəbli və tərzli ol. İmicin formalaşması və qarderobun əsasları.

 

Bizdən əldə edəcəkləriniz:
▪️ Şəxsi portfolio;
▪️ Beynəlxalq Sertifikat;
▪️ Tikəcəyiniz paltarların dünya podyumunda sərgilənmək imkanı.