About us.

Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.Our designers stay ahead of the curve to provide engaging and user friendly website designs to make.

Contact us.

UI/UX dizayn

Baku Design Center-də tədris olunan UI/UX dizayn kurslarının məqsədi gündəmin tələblərinə cavab verən peşəkar UI/UX dizaynerlər yetişdirməkdir. Rəqəmsal aləmin trend olduğu dövrdə bizi rəqiblərimizdən fərqləndirən və daha öndə olmağımızı təmin edən əsas faktorun bizim sayt və ya mobil tətbiqetməmiz olduğunu nəzərə alaraq UI/UX dizaynın əhəmiyyətlik dərəcəsini ölçə bilərik.

 

 

UI/UX dizayn kursu daxilində siz veb sayt və mobil tətbiqetmələrin arayüzlərini hazırlamağı və istifadəçi rahatlığını ön planda tutan dizaynlar yaratmağı öyrənəcəksiniz. Mərkəzimizdə tədris olunan UI/UX dizayn kursu tam praktiki əsaslarla təşkil olunur. Belə ki, siz kurs müddətində UI/UX dizayn haqqında həm nəzəri biliklərə, həm də praktiki biliklərə sahib olacaqsınız.

 

Tədris müddətində tələblərimiz mərkəzin bütün imkanlarından istifadə edə və istədiyi zaman mərkəzə yaxınlaşaraq ev tapşırıqlarını edə bilərlər. Həmçinin, yaradılan teleqram kanalı vasitəsilə daimi dəyişilən proqram yenilikləri və trendlər haqqında məlumatlar əldə edəcək. Tədrisi uğurla bitirən tələbələrimiz peşəkar portfolioya sahib olacaq.

 

Tədrisi uğurla bitirən tələbələrimiz mərkəzimiz tərəfindən təşkil olunan ödənişsiz praktika ilə təmin olunur. Belə ki, kurs sonunda mərkəzimizdə təşkil olunan təqdimat və imtahan mərhələlərindən uğurla keçən tələblərimiz həm peşəkar portfolio, həm rəsmi sertifikat, həm də praktika imkanı əldə edəcək.

 

UI/UX dizayn kursu daxilində tədris etdiyimiz proqramlar:

  • Figma;
  • Adobe XD;
  • Sketch;
  • İnvision.

 

Bizdən əldə edəcəksiniz:

  •  Şəxsi portfolio;
  •  Sertifikat;
  •  Partnyor şirkətimizdə təcrübə qazanmaq imkanı.