Haqqimizda
Mərkəz haqqında

Haqqımızda

2019-cu ildən fəaliyyətə başlayan “Baku Design Center” fərqli fikirləri ortaq hədəflərlə birləşdirən yaradıcılıq dünyasıdır. “Baku Design Center”in dizayn dünyasına daxil olduqdan sonra siz buradakı yaradıcı mühit sayəsində kreativ ideyalarınızı real işə çevirə biləcəksiz. Arzuladığınız həyata quruluş vermək üçün ən böyük dəstəkçiləriniz isə peşəkar müəllim heyətimiz olacaq. Həm nəzəri, həm də praktik bilikləri özündə birləşdirən keyfiyyətli tədris prosesimiz sayəsində siz zövq aldığınız işi karyeranıza çevirə biləcəksiniz. Öz sahələri üzrə ixtisaslaşmış müəllim heyətimiz sizə təqdim edəcəyi fərqli tədris modeli ilə yanaşı, tədris prosesində hər bir tələbəyə fərdi yanaşması ilə də fərqlilik yaradacaq. Biz “Baku Design Center” olaraq tələbələrimizi yalnız nəzəri biliklərə əsaslanan standart tədris metodları ilə öyrətmirik. Tələbələrimizin dizayn dünyasının əsasını təşkil edən kreativ yaradıcılıq istiqamətinin vacib elementləri ilə bağlı yeni biliklər əldə etməsi üçün çalışırıq. Nəzəriyyə ilə praktikanın parelel olaraq tədris edildiyi dərslərimizdə əldə edəcəyiniz həmin biliklərlə siz yaradıcılıq bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

Dərslərimiz


“Baku Design Center” i seçməklə siz öz sahənizin sirlərinə bələd olaraq yaradıcılıq dünyasında irəliləyə biləcəksiz. Dizayn mərkəzimizin sizə təqdim etdiyi dərslərin sırasına qrafik dizayn, 3D dizayn, geyim dizaynı, web dizayn, UI/UX dizayn, kino dərsləri daxildir. “Baku Design Center”də tədris edilən 3 D dizaynı ilə siz istənilən modelin virutual mühitdə yaradılması üçün vacib hesab olunan bütün incəlikləri öyrənə biləcəksiniz. Qrafik dizayn dərsləri ilə isə qrafik dizaynla bağlı texniki biliklər əldə edəcək, həmçinin, bu texinki biliklərin praktikada tətbiq olunması bacarığını qazanmış olacaqsız. Dizayn sektorunda öndə gedən sahələrdən biri olan tədris etdiyimiz geyim dizaynı dərslərində geyim dizaynının əsasını təşkil edən moda eskizi, stlistika, biçim haqqında həm nəzəri, həm də praktik biliklər əldə edə biləcəksiniz. Web dizayn və UI/UX dizayn dərsləri də “Baku Design Center” də tədris edilən dərslərə daxildir. Web dizayn dərsləri ilə siz yaradıcı ideyalarınızı vizual platformada təqdimetmə bacarığına yiyələnəcəksiz. UI/UX dizayn dərslərində isə UI/UX dizaynı ilə bağlı biliklər qazanacaqsız. “Baku Design Center” yaradıcılıq və dizaynın vəhdətdə olduğunu nəzərə alaraq kino dərslərinin tədrisini də həyata keçirir. Bizim kino dərsləri sayəsində siz kinonun əsaslarını öyrənə biləcəksiniz. Tələbələrin seçdiyi sahəyə uyğun olaraq özünəməxsus formada hazırlanmış bu dərslərin hər biri isə yenilikçi tədris metodları altında birləşir. “Baku Design Center” kimi əsas fərqimiz isə tələbələrimizin qısa zaman kəsiyində böyük hədəflərə çatmağına yardımçı olmaqdır. Tələbələrimiz peşəkar müəllim heyətimizin tərtib etdiyi dərs qrafiki ilə yeni biliklər əldə etməklə yanaşı, vaxtlarına da qənaət edəcəklər. “Baku Design Center” i seçməklə siz uzun, yorucu dərslərdən uzaq, keyfiyyətli tədrislə kreativ yaradıcılığa daha da yaxın olacaqsız.


Üstünlüklərimiz


Ən gözəl dizaynı fərqli yaradıcılıq qabiliyyətinə malik olanların yaratdığının fərqində olan “Baku Design Center” təşkil etdiyi dizayn dərslərində sizi dizaynın bir hissəsi olan rəssamlığın incəliklərindən də xəbərdar edəcək. Bu dərslərlə siz rəssamlıq və dizaynla bağlılıq yaradan rənglərin psixologiyası, rəng uyğunluğu və rənglərin harmoniyası kimi önəmli elementlərlə tanış olacaqsız.
İnsanlar eşitdiklərini bilir, gördüklərini xatırlayır, tətbiq etdiklərini isə anlayır. Dizayn Mərkəzimiz də məhz bu prinsipləri əsas götürərək mərkəzimizdə təşkil olunan dərslərdə praktikaya xüsusi üstünlük verir. Belə ki, mərkəzimiz seçdiyiniz sahə üzrə praktik biliklərə daha da dərindən yiyələnməyiniz üçün sizə partnyor şirkətlərdə təcrübə keçmək imkanı yaradır. Nəzəri biliklərinizi praktikada tətbiq etmək üçün yaradılan bu imkan sizin öz sahənizdə peşəkar kimi formalaşaraq gələcək karyeranızı qurmağa yardımçı olacaq. Mərkəzimizdə təşkil ediləcək ustad dərslər və seminarlar isə əldə etdiyiniz nəzəri və praktiki bilikləri daha da möhkəmləndirəcək. Biz, həmçinin, karyeranızda uğurla addımlamaq üçün öz imicinizi yaradaraq brendləşməyin də vacib məqamlardan biri olduğunu bilirik. Buna görə də dizayn mərkəzimizdə tədris müddətini bitirən hər kəsə şəxsi sayt hədiyyə edirik. Mərkəzimiz təhsilini uğurla başa vuranlara isə beynəlxalq sertifikatlar təqdim edir.
“Baku Design Center”də tədris, peşəniz üçün bir elementə deyil, peşənizə yenilik gətirəcək biliyin və fərqliliyin mərkəzinə çevriləcək. Siz də yaradıcılıq dünyasındakı ilk addımınızı bizimlə atın, həyatınıza yenilik və rəng qatın.


Məqsədimiz


Bakı Dizayn Mərkəzi olaraq əsas məqsədimiz vizual ünsiyyətin ön plana çəkildiyi “dizayn əsri”ndə tələbələrimizin seçdiyi sahədə uğurla irəliləməyini təmin etməkdir. Bunun üçün biz dizayn mərkəzimizdə tədris etdiyimiz interyer dizayn, qrafik dizayn, web dizayn, UI/UX dizaynı, geyim dizyanı, kino dərslərində yeniliyi və sınanmış metodları bir araya gətirərək sizə keyfiyyətli təhsil təqdim edirik. Biz sadəcə nəzəriyyə deyil, həm də praktika əsasında formalaşdırdığımız tədris prosesi ilə tələbələrimizin real iş mühiti üçün vacib sayılan tələblərə cavab verməsini hədəfləyirik. Dizaynın mərkəzi olan Bakı Dizayn Mərkəzi kimi məqsədimiz əldə edəcəyiniz bilikləri bacarığınıza, bacarıqlarınızı isə uğurunuza çevirməkdir.

BDC Kino Akademiyasında Xalq artisti
Ramiz Həsənoğlu ilə görüş