Kurslar

Yaradıcılığın sirlərini bizimlə kəşf edin

Qrafik dizayn kursu

Qrafik Dizayn Kursu


Qrafik dizayn mesajları çatdırmaq üçün vizual məzmun yaratmaq sənətidir. Vizual iyerarxiya və səhifə düzəltmə texnikalarını tətbiq edən qrafik dizaynerlər istifadəçilərin maraq və ehtiyaclarını qarşılamaq üçün interaktiv dizaynda olan elementlərinlərdən istifadə etməlidirlər. Qrafik dizayn bir neçə istiqamətin, ilk növbədə təsviri incəsənət, ünsiyyət və psixologiyanın kəsişməsində yerləşən insan fəaliyyət sahəsi kimi təsvir etmək olar. Qrafik dizaynerlər əsasən fərqli üslub, mürəkkəb növ şrift, piktoqram, forma, rəng , xətt, əyrilər və s. vizual elementlər vasitəsilə başqaları insanlarla ünsiyyət qurur. Vizual qavrayışın bütün bu elementləri bir mesajı ötürür və bütün uğurlu dizaynların ortaq xüsusiyyətləri nədir desək hər halda cavab mürəkkəb problemlərə sadə lakin yenilikçi həll yollarının olmalarını nümunə göstərə bilərik.Qrafik dizayn dedikdə müxtəlif forma və rəngləri birləşdirərək fərqlilik yaradan zaman onun etik dəyərlərinin digər bütün məsələlər qədər əhəmiyyətli olduğunu nəzərə almaq lazımdır.

İnteryer dizayn kursu


Müasir dövrdə insanlar sadəcə rahatlıq və təhlükəsizlik deyil, həm də göz oxşayan dizayn axtarışındadırlar. Evlərdə və ofislərdə həmin mühitin təmin olunması isə interyer dizayn sayəsində gerçəkləşir. Dizaynın tərkib hissəsinə daxil olan interyer dizaynı müəyyən bir məkanın daxili dizaynını yaradaraq ona fərqli və ecazkar vizuallıq vermək üçündür. İşlədiyimiz, yaşadığımız, istirahət edə biləcəyimiz məkanları fərqli viziualizasiya bəxş edən interyer dizaynı artıq gündəlik həyatımızın ayrılmaz parçasına çevrilir. Hazırda interyer dizaynın sirlərini öyrənib bu sahə üzrə ixtisaslaşan şəxslər memarlar, mühəndislər kimi müxtəlif peşə sahibləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Dizaynın digər sahələrində olduğu kimi interyer dizaynı da təxəyyüldə yaradılmış olan fərqli viziuallığı gerçəkləşdirməyə xidmət edir. Xəyalları reallığa çevirmək üçün isə xüsusi yaradıcılıq qabiliyətinə malik olmaq lazımdır. Lakin peşəkar interyer dizayner olaraq lazımi bacarıqlara yiyələnmək üçün keyfiyyətli təhsil də olduqca vacibdir. Buna görə də interyer dizaynı sahəsinin həvəskarı olub bu işin peşəkarına çevrilmək istəyənlər fərqli və keyfiyyətli tədris mərkəzlərinə üz tuturlar. Əgər siz hələ də fərqli və keyfiyyətli dizayn tədris mərkəzi axtarışındasınızsa, bu zaman dizaynın mərkəzi olan Bakı Dizayn Mərkəzinə müraciət edə bilərsiniz. Bizim sizə təqdim etidiyimiz interyer dizaynı kurslarına qoşularaq siz də insanların xəyallarındakı dizaynın yaradıcısına çevrilə bilərsiz. İnteryer dizayn kurslarımız yaxşı interyer dizayn olmaq üçün mühüm sayılan yaradıcılıq, rəsm texnikası, üçölçlü düşüncə, planlaşdırma, kimi bütün əsas elementləri özündə birləşdirir.

interyer dizayn kursu
Geyim dizayn kursu

Geyim dizaynı kursu


Zamanın tələblərinə uyğun olaraq daim yenilənən geyim dizyanı dünyasındakı dəyişikliklərdən xəbərdar olma ən yaxşı üsulu geyim dizaynı haqqında təməl bilikləri və yenilikləri tədris etməyi bacarangeyim dizaynı kurslarına qoşulmaqdır. Əgər siz də dizayn sahəsinin ən perspektivli sahələrindən biri hesab olunan geyim dizaynı sahəsində irəliləmək gələcək karyeranızın başlanğıcını məhz geyim dizaynı ilə qurmaq istəyirsinizsə,bu zaman “Yüz ölçüb bir biçib, hansı dizayn kurslarını seçim?”demədən sizə gözəl və fərqli biçimi öyrədəcək Bakı Dizayn Mərkəzinin geyim dizaynı kurslarını seçə bilərsiniz. Bakı Dizayn Mərkəzi artıq “Gözəllik ondur, doqquzu dondur” deyənlərin mərkəzinə çevriləcək. Bakı Dizayn Mərkəzinin sizə təqdim etdiyi bu sektordakı yenilikləri izləyərək formalaşan geyim dizaynı tədris proqramı sizin ən yaxşı geyim dizayneri olmağınız üçün lazımi sayılan bütün bacarıqlara sahib olmağınıza yardımçı olacaq. Geyim dizyanı kurslarımız bu sahədəki bacarıqlarınızı inkişaf etdirərək geyim çertiyojlarının tərtibindən başlayaraq geyim dizaynınızı hazırlamağa və tamamlamağa yönəlmiş olan bütün mərhələləri praktik formada həyata keçirməyinizi təmin edərək sizin bu sahədəki yüksək hədəflərinizə çatmağınıza kömək etmiş olacaq. Bizim geyim dizaynı kurslarımız sayəsində siz bu sektorda vacib sayılan bütün əsas elementlər haqqında ətraflı bilgilər əldə edə biləcəksiniz.

UI-UX Dizayn kursu


90-cı və 2000-ci illərin əvvəlində ilkin çağında olan internet sektoru, günümüzdə daha geniş bir hal alıb. Hər sahədə olduğu kimi burada da zamanla yeni fikirlər və fərqli peşə növləri ortaya çıxır. UI (User Interface) və UX (User Experience) tez-tez birlikdə istifadə olunsa da, əslində iki fərqli sahədir. Qısaca desək UI əslində interfeys dizaynıdır. Televiziya nəzarətindəki düymələr interfeys dizaynının bir nümunəsidir. UX-nin məqsədi etmək istədiyiniz prosesi sizə daha asan şəkildə yerinə yetirməyə imkan verməsidir.. Düymələrin yeri, ölçüsü və rəngləri dizaynerin qərarları nəticəsində tətbiq olunur. İnterfeys dizaynı şəbəkə quruluşu, rənglər və boşluqlar kimi bütün veb elementlərin vizual dizaynıdır. Vaxt keçdikcə veb saytlarda qarşılıqlı əlaqə artdıqca əvvəllər məhəl qoyulmayan interfeys dizaynı getdikcə daha çox əhəmiyyət kəsb edir. Sadə və istifadəyə yararlı bir interfeys istifadəçilərin asanlıqla istifadə edə biləcəyi və hətta saytda qalmalarını təmin etmək üçün indi ən vacib məqamlardan biridir. UX dizayneri müxtəlif sahələrlə tanış olmalı və bu məlumatları əlaqələndirməlidir. İnformasiya arxitekturası, qarşılıqlı dizayn, istifadəçi sınağı, istifadəsi və məzmun strategiyası bunlardan bəziləridir. İstifadəçilər saytı tərk etmək və ya bir neçə saniyə ərzində tərk edib-etməmək barədə qərar verə bilərlər. Təəssüf ki, intensiv səylərlə saytınıza gətirdiyiniz insanları bu səbəbdən itirə bilərsiniz, bu zaman isə bütün səyləriniz boşa çıxacaq.

ui ux dizayn kursu

Aktyorluq kursu


Aktyorluq sevginiz izləyici olmaqdan daha irəli səviyyəyə keçib və özünüzü artıq bir teatr səhnəsində təsəvvür edirsinizsə, usta aktyorların təşkilatçılığı ilə təşkil olunan aktyorluq dərslərinə qatılaraq aktyorluq həvəsinizi hobbidən peşəkar səviyyəyə çevirə bilərsiniz.


Aktyor bir xarakter (aktyor və aktrisa) oynayan, dramatik bir filmdə iştirak edən və kino, televiziya, teatr və ya radioda işləyən sənətkardır.
Aktyor təhsili almaq bu gün aktyorluq kimi çətin bir işdir. Məqsədiniz teatr, serial və kino səhnələrində oynamaq və aktyorluq peşəsinə dair bilik və bacarıqlara sahib olmaqdırsa, dərhal “Baku Design Center”nin aktyorluq kursuna qeydiyyatdan keçin. İşinizdə peşəkar olmaq və səhnə stressinizi məğlub etmək üçün beynəlxalq standartlarda hazırlanmış tədris planlarımızı nəzərdən keçirə bilərsiniz.
Kino, televiziya və ya teatr səhnəsində çıxış etməyi hədəfləyənlər üçün illərin təlim təcrübəsi ilə hərtərəfli, tətbiq yönümlü, zəngin məzmun və iddialı aktyor hazırlığı dərsləri təklif edirik.

ui ux dizayn kursu