Biz sizə fərqli geyimin necə hazırlandığını göstərəcəyik!
Yenilikçi və kreativ fikirlərin vəhdəti ilə yaranmış olan dizyan sahələrindən biri də geyim dizaynıdır. Geyim dizaynı dizaynın içindəki yeniliklərdən və öz içindəki yaradıcılıq potensialından istifadə edərək fərqli geyimlər yaradan və ya hazır geyimlərə fərdi vizuallıq vermə sənətidir. Dizaynın sahələri içərisində incəsənətlə sıx bağlılığı olan sahələrindən birincisi hesab olunan geyim dizaynı sahəsində fəaliyyət göstərən şəxslər geyim dizayneri adlanır. Geyim dizaynı özündə incəsənətin əsas elementlərini əks etdirdiyindən gələcək karyerasını geyim dizaynı sahəsində qurmaq istəyən geyim dizaynerləri incəsənətlə bağlı incəlikləri də dərindən bilməlidirlər.
Geyim dizayneri nələr edir?
Geyim dizaynerinin vəzifələri adətən üç əsas hissəyə bölünərək təqdim olunur. Bunlara daxildir:
1. Geyimin ilkin dizyanını hazırlamaq. Bu mərhələdə geyimin ilkin modelinin qurulması prosesi həyata keçirilir.
2. Uyğun material və vasitələrin seçilməsi. Bu mərhələdə isə tərtib olunmuş geyim dizaynını formalaşdırmaq üçün lazımi
ləvazimatlar seçilərək geyim hazır formaya gətirilir.
3. Sınaq istehsalını gerçəkləşdirmək və kataloqun hazırlanması.
Geyim dizaynının sonuncu mərhələsi sayılan bu mərhələdə isə artıq tərtib olunmuş
geyim dizaynının sınaq prosesi baş tutur və bu geyim dizaynın kataloqu hazırlanır.
Dizayn lövhələrini hazırlanması
Mövcud moda dünyasını araşdırılıması və izlənməsi
Hazır geyimlərdə və xüsusi geyim hissələrində geyim dizaynını tətbiqi
Texniki dizayn və moda qrafikası (bədii rəsm) dizaynının düzgün fomrada vəhdətini yaratmaq
Dizaynına uyğun toxuma məhsulunu (parça, trikotaj, dəri, lif və.s) müəyyənləşdirilməsi və parça analizini aparılması
Kəsmə planı və material hesablanmasının edilməsi
Sınaq istehsalının həyata keçirilməsi və ya bu prosesə daimi nəzarət
Geyim dizyanına uyğun dizayn edilmiş aksesuar seçiminin edilməsi
Müxtəlif məqsədlərə uyğun olan kolleksiyalar hazırlanması (kişi, qadın, uşaq və ya dəri, trikotaj, parça və s.) və onların təqdimatının həyata keçiriilməsi
İstehlakçının davranışını, marketinq və satış texnikasının analiz edilərək,müəyyən strategiyalar yaradaraq satışın həyata keçirilməsi
Zamanın tələblərinə uyğun olaraq daim yenilənən geyim dizyanı dünyasındakı dəyişikliklərdən xəbərdar
olma ən yaxşı üsulu geyim dizaynı haqqında təməl bilikləri və yenilikləri tədris etməyi bacarangeyim
dizaynı kurslarına qoşulmaqdır. Əgər siz də dizayn sahəsinin ən perspektivli sahələrindən biri hesab olunan
geyim dizaynı sahəsində irəliləmək gələcək karyeranızın başlanğıcını məhz geyim dizaynı ilə qurmaq istəyirsinizsə,bu
zaman “Yüz ölçüb bir biçib, hansı dizayn kurslarını seçim?”demədən sizə gözəl və fərqli biçimi öyrədəcək Bakı Dizayn
Mərkəzinin geyim dizaynı kurslarını seçə bilərsiniz.
Bakı Dizayn Mərkəzi artıq “Gözəllik ondur, doqquzu dondur”
deyənlərin mərkəzinə çevriləcək. Bakı Dizayn Mərkəzinin sizə təqdim etdiyi bu sektordakı yenilikləri izləyərək formalaşan
geyim dizaynı tədris proqramı sizin ən yaxşı geyim dizayneri olmağınız üçün lazımi sayılan bütün bacarıqlara sahib olmağınıza
yardımçı olacaq. Geyim dizyanı kurslarımız bu sahədəki bacarıqlarınızı inkişaf etdirərək geyim çertiyojlarının tərtibindən başlayaraq
geyim dizaynınızı hazırlamağa və tamamlamağa yönəlmiş olan bütün mərhələləri praktik formada həyata keçirməyinizi təmin edərək sizin bu sahədəki
yüksək hədəflərinizə çatmağınıza kömək etmiş olacaq. Bizim geyim dizaynı kurslarımız sayəsində siz bu sektorda vacib sayılan bütün əsas
elementlər haqqında ətraflı bilgilər əldə edə biləcəksiniz.
Bakı Dizayn Mərkəzinin geyim dizaynı kursları sizə sadəcə geyim dizyanı üçün
lazımi sayılan dizyan proqramları ilə bağlı texniki biliklər verməyəcək, həmçinin , geyim dizyanın incəsəntə xas olan əsas detalları hesab
edilən rəng qavrayışı, rənglərin harmoniyası və onlardan düzgün istifadə edə bilmə bacarığı, rəsm texnikası kimi bilikləri də aşılayacaq.
Bakı Dizayn Mərkəzinin geyim dizaynı kursları ilə sizin geyim dizaynı ilə özünü ifadə edə bilmək orjinial işlər ərsəyə gətirmək
geyim dizaynını müəkkəməlləşdirmək üçün lazımi detalları görməyə imkan yaradan müşahidə qabiliyyətinə malik olmaq kimi xüsusi bacarıqlarınız
daha da inkişaf etmiş olacaq. Əgır siz də geyim dizaynı sahəsində işinizin peşəkarı olmaq özünüz və insanların geyiminin biçimini yaratmaq
istəyirsinizsə, Bakı Dizayn Mərkəzinin dizayn kurslarını seçin. Yaratdığınız geyimlərlə gələcəyinizi özünüz biçin, dizayn və moda dünyasında
önə keçin.