Interyer dizayn kursu

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.


interyer dizayn kursu

Müasir dövrdə insanlar sadəcə rahatlıq və təhlükəsizlik deyil, həm də göz oxşayan dizayn axtarışındadırlar. Evlərdə və ofislərdə həmin mühitin təmin olunması isə interyer dizayn sayəsində gerçəkləşir. Dizaynın tərkib hissəsinə daxil olan interyer dizaynı müəyyən bir məkanın daxili dizaynını yaradaraq ona fərqli və ecazkar vizuallıq vermək üçündür. İşlədiyimiz, yaşadığımız, istirahət edə biləcəyimiz məkanları fərqli viziualizasiya bəxş edən interyer dizaynı artıq gündəlik həyatımızın ayrılmaz parçasına çevrilir. Hazırda interyer dizaynın sirlərini öyrənib bu sahə üzrə ixtisaslaşan şəxslər memarlar, mühəndislər kimi müxtəlif peşə sahibləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Dizaynın digər sahələrində olduğu kimi interyer dizaynı da təxəyyüldə yaradılmış olan fərqli viziuallığı gerçəkləşdirməyə xidmət edir. Xəyalları reallığa çevirmək üçün isə xüsusi yaradıcılıq qabiliyətinə malik olmaq lazımdır. Lakin peşəkar interyer dizayner olaraq lazımi bacarıqlara yiyələnmək üçün keyfiyyətli təhsil də olduqca vacibdir. Buna görə də interyer dizaynı sahəsinin həvəskarı olub bu işin peşəkarına çevrilmək istəyənlər fərqli və keyfiyyətli tədris mərkəzlərinə üz tuturlar. Əgər siz hələ də fərqli və keyfiyyətli dizayn tədris mərkəzi axtarışındasınızsa, bu zaman dizaynın mərkəzi olan Bakı Dizayn Mərkəzinə müraciət edə bilərsiniz. Bizim sizə təqdim etidiyimiz interyer dizaynı kurslarına qoşularaq siz də insanların xəyallarındakı dizaynın yaradıcısına çevrilə bilərsiz. İnteryer dizayn kurslarımız yaxşı interyer dizayn olmaq üçün mühüm sayılan yaradıcılıq, rəsm texnikası, üçölçlü düşüncə, planlaşdırma, kimi bütün əsas elementləri özündə birləşdirir.

İnteryer dizayn proqramları


Bakı Dizayn Mərkəzi olaraq təqdim etdiyimiz interyer dizayn kurslarında biz sizə interyer dizaynın açarı sayılan interyer dizayn proqramlarının sirlərindın agah edəcəyik. Sizə öyrədəcəyimiz həmin interyer dizayn proqramlarına Autocad, 3DS Max, Corona, ArchiCad, Lumion kimi interyer dizyan proqramları daxildir. Autocad dizayn proqramında siz 2D planların çəkilməsi, ölçülərin verilməsi, düzgün qrafika ilə işlərin tamamlanmasını öyrənəcəksiz. dizayn proqramı ilə isə siz Autocad-da yığılmış layihənin vizualizasiyası, sərbəst 3D model yığma bacarığına sahib olacaqsız. Çox detallı və dəqiq dizayn proqramı olan 3DS Max proqramını öyrənərək siz interyer planlarınızı vizual baxımından daha gözəl və funksional edə bilərsiniz. Corona Lumion Archicad kimi proqramlar da interyer dizayn kurslarımızda tədris olunan digər interyer dizayn proqramlarına daxildir. Corona dizayn proqramında siz materiallama, kamera ayarları real səhnələr əldə etməyi, Archicahd-da 2D planlama, 3D həcmlərin hazırlanması, Lumion proqramında isə uyğun səthin yaradılması, materiallama, günəş ayarları, render ayarları effektləri, əlavə modelləmə kimi prosesləri həyata keçirməyi bacaracaqsız.

Nə vəd edirik?

Bakı Dizayn Mərkəzi olaraq sizə təqdim etdiyimiz interyer dizayn kurslarımızın əsas fərqi sadəcə texniki biliklərlə kifayətlənməməyimizdədir. Belə ki, biz sizə sadəcə dizayn proqramlarını öyrətmirik. Həm də dizaynın bünövrəsini təşkil edən rənglərlə işləmə bacarığını da öyrədirik. İlk baxışda interyer dizayn üçün rənglərin seçimi olduqca sadə proses kimi görünür. Lakin yaxşı interyer dizaynı yaratmaq üçün rənglərin psixologiyasına bələd olmaq hər bir rəngin hansı kateqoriyaya aid olduğunu və rənglərin bir-biri ilə nə dərəcədə uyğun olduğunu bilmək lazımdır. İnteryer dizayn üçün rənglər seçərkən üç əsas məqama diqqət yetirmək olduqca vacibdir.

İnteryer dizaynında rənglərdən istifadə edərkən interyer dizaynını hazırlayacağınız otaqların günün hansı saatlarında nə qədər işıq keçirəcəyini bilmək lazımdır.

İstifadə olunacaq rənglərin insanlarda hansı əhval yaradacağını öncədən düşünməlisiniz.

Rənglərin düzgün harmoniyasını qurmaq üçün interyer dizaynını yaradacağınız məkanın böyükülüyünü də nəzərə almalısınız. Belə ki interyer dizyanını yaradacağınız məkan kiçikdirsə,tünd və isti rənglərdən istifadə edərək məkan üçün daha geniş görüntü yarada bilərsiniz. Əksinə, interyer dizaynını quracağınız məkan genişdirsə bu zaman daha açıq və soyuq rənglərdən istifadə daha effetiv sayılır.

Bakı Dizayn Mərkəzinin interyer dizayn kursları

-sizin ən yaxşı interyer dizayner kimi formalaşmağınız üçün tədris prosesindəki metodlarını zamanın tələblərinə uyğun olaraq daim yeniləyir. Bizim interyer dizyan kursları sayəsində siz dizayn proqramları ilə bağlı texniki biliklər əldə etməklə yanaşı, interyer dizayner üçün vacib hesab edilən digər fərdi keyfiyyətləri qazanacaqsınız. Hazırlayacağınız layihələri idarə edə bilmə, problem həll etmə və araşdırma bacarığı kimi keyfiyyətlər əldə edəcəksiniz. Əgər siz də Bakı Dizayn Kurslarını seçsəniz, dizaynın təməli hesab edilən rəssamlıqla bağlı incəliklərlə də yaxından tanış olacaqsınız. Rəsm texnikası, interyer dizaynda rənglərdən düzgün istifadə üçün rənglərin psixologiyasını dərinədən öyrənərək bu sahədə tam ixtisaslaşmış inteyer dizayner kimi formalaşa biləcəksiniz. Bakı Dizayn Mərkəzinin interyer dizayn kurslarının sizə aşılayacağı bu fərqli biliklər sizin dizayn dünyasında sürətlə irəliləməyinizi təmin edəcək. Əldə etdiyiniz bilik və bacarıqlarla siz həm təhlükəsizlik və rahatlığı təmin edən, həm də göz oxşayan bir interyer dizaynı yarada biləcəksiniz.
Bakı Dizayn Mərkəzinin sizə tədris etdiyi həm texniki, həm də yaradıcı bilikləri ilə siz yaradıcısı olduğunuz interyer dizayn insanların duyğularına xitabetməyi bacaracaqsınız. Əgər siz də içinizdəki yaradıcılıq potensialını interyer dizaynı ilə üzə çıxarmaq və yaradacağınız dizaynı sadəcə daşlara deyil, yaddaşlara həkk etmək istəyirsinizsə, dizaynın mərkəzi olan Bakı Dizayn Mərkəzinin interyer dizayn kurslarına qoşulun.