Qrafik dizayn kursu

Qrafik dizayn üzrə irəliləmək istəyənlər kursumuz vasitəsi ilə ətraflı biliklər qazanacaq və bildiklərini tətbiq etməyi bacaracaqlar!

qrafik dizayn kursu

Qrafik dizayn mesajları çatdırmaq üçün vizual məzmun yaratmaq sənətidir. Vizual iyerarxiya və səhifə düzəltmə texnikalarını tətbiq edən qrafik dizaynerlər istifadəçilərin maraq və ehtiyaclarını qarşılamaq üçün interaktiv dizaynda olan elementlərinlərdən istifadə etməlidirlər. Qrafik dizayn bir neçə istiqamətin, ilk növbədə təsviri incəsənət, ünsiyyət və psixologiyanın kəsişməsində yerləşən insan fəaliyyət sahəsi kimi təsvir etmək olar. Qrafik dizaynerlər əsasən fərqli üslub, mürəkkəb növ şrift, piktoqram, forma, rəng , xətt, əyrilər və s. vizual elementlər vasitəsilə başqaları insanlarla ünsiyyət qurur. Vizual qavrayışın bütün bu elementləri bir mesajı ötürür və bütün uğurlu dizaynların ortaq xüsusiyyətləri nədir desək hər halda cavab mürəkkəb problemlərə sadə lakin yenilikçi həll yollarının olmalarını nümunə göstərə bilərik.Qrafik dizayn dedikdə müxtəlif forma və rəngləri birləşdirərək fərqlilik yaradan zaman onun etik dəyərlərinin digər bütün məsələlər qədər əhəmiyyətli olduğunu nəzərə almaq lazımdır. Qrafik dizayn dedikdə müxtəlif forma və rəngləri birləşdirərək fərqlilik yaradan zaman onun etik dəyərlərinin digər bütün məsələlər qədər əhəmiyyətli olduğunu nəzərə almaq lazımdır. Milton Glazerin “AIGA” Səs konfransında etdiyi nitqdə qeyd edir ki, "AIG”nın yeni etik məcəlləsində müştərilərə və digər dizaynerlərə münasibətdə düzgün davranış haqqında əhəmiyyətli dərəcədə faydalı məlumatlar var. Lakin Glaser, dizaynın tədris yolu ilə bağlı bir suala cavabında “Dizayn öyrənərkən ən önəmli məsələ kiminlə necə danışmağın önəmini vurğulayır əks halda siz qarşı tərəfə heç bir məlumat ötürə bilməzsiniz. Bəs başqa hansı “sehrli” vaistələrlə dizaynımızı cəlbedici və yaddaqalan edə bilərik.

Nə vəd edirik?


Qrafik Dizayn haqqında ilkin məlumatların öyrənilməsi

Qrafik dizayn sahəsi haqqında ümumi məlumat əldə edərək anlayışlar, fikir və düşüncələr, birbaşa və ardıcıl mesajı çatdırmağınıza kömək edə biləcək vizual münasibətlər anlayışı ilə tanış olacaqsınız


Dizayn elementləri və prinsiplərini öyrənmək

“Dizayner prinsipi” ilə işləmək üçün növbəti dərslərdə kompozisiya, həndəsi forma, rəng, sənətkarlıqdan istifadə yolları haqqında məlumat əldə edəcəksiniz.


Rəng nəzəriyyəsi və fotoshopa giriş

Photoshop, yaradıcı birliyinizə böyük töhfələr verən bir Adobe məhsuludur. Dizaynerlər və fotoqraflar üçün əlavə bir avadanlıq istifadə etmədən əlverişli bir tənzimləmə üstünlüyünə sahibdir. Qrafik dizayn kursumuzda qabaqcıl dizayn karyerası üçün möhkəm bir təməl quraraq bu proqram üzərində işləməyi öyrənəcəksiniz.


Dizayn sadəcə gördüyünüz deyil, həm də hiss etdiyinizdir.


Sadə və anlaşıqlı olun

Hər nə qədər rəqəmsal dövr interaktiv proqram təminatı və vizuallığı özündə cəmləşdirsə də, qrafik dizayn hələ də köhnə prinsiplər ətrafında fırlanır. Bir qrafik dizayner olaraq rəng nəzəriyyəsi və rəng sxeminin düzgün seçilməsinin nə qədər vacib olduğunu dəqiq bir şəkildə anlamalısınız. Rəng seçimləri yalnız brendi deyil, həm də istifadəçilərin gözləntilərini özündə əks etdirməlidir. Elementlərin tonu və ümumi effektə uyğunluğunu nəzərə alaraq, insanların duyğularını necə istiqamətləndirəcəyinizi, onlara hansı emosiyaları ötürəcəyinizi qərarlaşdırın


Dizaynımız nə qədər fərqli və qeyri adi olsa bir o qədər diqqətçəkən olar

Amerika Qrafik İncəsənət İnstitutuna görə qrafik dizayn "vizual və mətn məzmunu ilə fikir və təcrübə planlaşdırma və proqnozlaşdırmanın əks olunduğu sahədir. Digər mənada, qrafik dizayn vizual vasitələrlə müəyyən fikirlər və ya mesajlar ötürümə yoludur. Bu vizuallar bir iş loqotipi qədər sadə və ya veb dizayn səhifələri qədər mürəkkəb ola bilər.


Qrafik dizayn elementləri

Qrafik dizaynı daha yaxşı başa düşmək üçün dizaynı təşkil edən elementlər və prinsiplər barədə də anlayışa sahib olmaq lazımdır. Bu elementlərə dizaynın rəngi, ölçüsü, forması,materialı və s daxildir. Bütün bunlar vizual, cəlbedici və təsirli dizaynların yaranmasına gətirib çıxardır. Qrafik dizaynerlər balans, vurğu, hərəkət, nisbət, ritm, müxtəliflik və vəhdəti özündə cəmləşdirən dizayn prinsiplərindən istifadə işinizi yaxşı mənada digərlərindən fərqləndirəcək. Bu elementləri və prinsipləri necə və nə vaxt istifadə edəcəyini başa düşmək yaxşı dizayn üçün ən vacib məqamlardandır.

Qrafik dizaynın növləri

Təbiki texnologiyanın belə inkişafı iş dünyasına da təsrisiz ötüşmür. Artıq daha çox diqqət onlayn sahələrə yönəlib hansı ki, bu sahələrin ən başında gələn peşələrdən biri də qrafik dizayndır. Geoffrey Beene görə dizayn bir naməlumluqdur. Əslində bu cümlə ilə dizaynın yaradıcı dünyasını ümumiləşdirə bilərik. Dizayn aləmini naməlum edən nədir; fərqli insanlar tərəfindən yaradılan bənzərsiz fikirlər. Digər tərəfdən, qrafik dizayn dünyası rəngli bir