UI/UX dizayn kursumuz sayəsində mobil tətbiqlərin və web saytların dizaynını öyrənəcəksiniz!
90-cı və 2000-ci illərin əvvəlində ilkin çağında olan internet sektoru, günümüzdə daha geniş bir hal alıb.
Hər sahədə olduğu kimi burada da zamanla yeni fikirlər və fərqli peşə növləri ortaya çıxır. UI (User Interface) və
UX (User Experience) tez-tez birlikdə istifadə olunsa da, əslində iki fərqli sahədir. Qısaca desək UI əslində interfeys dizaynıdır.
Televiziya nəzarətindəki düymələr interfeys dizaynının bir nümunəsidir.
UX-nin məqsədi etmək istədiyiniz prosesi sizə daha asan şəkildə
yerinə yetirməyə imkan verməsidir.. Düymələrin yeri, ölçüsü və rəngləri dizaynerin qərarları nəticəsində tətbiq olunur. İnterfeys dizaynı şəbəkə quruluşu,
rənglər və boşluqlar kimi bütün veb elementlərin vizual dizaynıdır. Vaxt keçdikcə veb saytlarda qarşılıqlı əlaqə artdıqca əvvəllər məhəl qoyulmayan interfeys
dizaynı getdikcə daha çox əhəmiyyət kəsb edir. Sadə və istifadəyə yararlı bir interfeys istifadəçilərin asanlıqla istifadə edə biləcəyi və hətta saytda qalmalarını
təmin etmək üçün indi ən vacib məqamlardan biridir.
UX dizayneri müxtəlif sahələrlə tanış olmalı və bu məlumatları əlaqələndirməlidir. İnformasiya arxitekturası,
qarşılıqlı dizayn, istifadəçi sınağı, istifadəsi və məzmun strategiyası bunlardan bəziləridir. İstifadəçilər saytı tərk etmək və ya bir neçə saniyə ərzində tərk edib-etməmək
barədə qərar verə bilərlər. Təəssüf ki, intensiv səylərlə saytınıza gətirdiyiniz insanları bu səbəbdən itirə bilərsiniz, bu zaman isə bütün səyləriniz boşa çıxacaq.
UX dizaynını tətbiq etməzdən əvvəl, tələbələrimiz xüsusilə dizayn təcrübəsi olmayanlar, bəzi UI dizayn prinsipləri və dizaynın psixoloji aspektləri ilə tanış olacaqlar. Bunlara daxildir: rəng balans kontrast tipoqrafiya ardıcıllıq, forma və s daxildir.
Məhsullarında gözəllik, rahatlıq və əlçatanlığın vəhdətini görmək istəyənlər üçün UX və Uİ dizayner tələbələrimiz vizual dizaynı uyğunluq prinsipləri ilə necə birləşdirməyi öyrənəcək.
Tələbələrimiz dizaynın emosiya ilə necə əlaqəli olduğunu verəcəyimiz əyani vaistələrlə anlayacaqlar.
Əməkdaşlıq işiniz bir parçasıdır. Funksional komanda işi və çevik proqram metodologiyası dövründə hər nə qədər peşəkar olsanızda sözsüz ki, ünsiyyətin vacibliyini unutmamaq lazımdır. Gülərüz və səmimi kollektivdə sadəcə yeni biliklər deyil, həm də insanlarla daha asan ünsiyyətin yollarını öyrədəcəyik.
-Dizayner ixtisası üzrə bilikləri olan və həmin bilikləri sistemləşdirmək istəyən şəxslər, Adobe XD, Sketch, Figma proqramlarını mənimsəmək istəyənlər müraciət edə bilər.
-Mobil və stolüstü proqramlar üçün interfeysin dizaynı, istifadəçi rahatlığı əsasında dizayn incəliklərini mənimsəmək, veb-saytların layihələndirilməsi və dizaun edilməsi.